Masalli Rayonunun yeni sayti. www.Seybetin.tk
 
  Ana Sayfa
  Azərbaycan Respublikası Konstitusiyası
  Azərbaycan Türklərinin tarixi
  Nuve Silahlari
  XAKER (HACKING)
  Qeyri Adi Komputer Sekilleri
  Forum
  Bize Mektub Yazin
  Qeyd defteri
  Turizim Obiyektleri
  Masalli Rayonu (FOTO)
  Rayonun Kendleri
Turizim Obiyektleri

Turizm Obyektləri

MASALLI RAYONUNDA TURİZM

Masallı inzibati rayonu Azərbaycan Respublikasının cənubunda yerləşir, sahəsi 721 km2-dir. İnzibati rayon kimi 1930-cu ildən mövcuddur.Masallı rayonu şərqdə Xəzər dənizinin kiçik Qızılağac körfəzindən, qərbdə Talış dağları silsiləsinin orta dağ qurşağına qədər , şimalda Cəlilabad rayon sərhəddindən cənubda Lənkəran rayonu sərhəddinə kimi uzanır.Azərbaycanın cənub bölgəsinə aid edilən Masallı Cəlilabad, Lənkəran, Lerik və Yardımlı ilə, o cümlədən Aran iqtisadi rayonuna aid Neftçala inzibati rayonu ilə həmsərhəddir.

Qoruqlar haqda məlumat

Respublikanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac qoruğu əsasən Qızılağac körfəzi və "Pirman" adlanan sahələrdə yerləşir. Qoruqda adları "Qırmızı kitab"a düşən quşlar və vəhşi heyvanlar var.

İSTİRAHƏT VƏ TURİZM ZONALARI, İDMAN KOMPLEKSLƏRİ HAQDA MƏLUMAT

Masallı rayonu Bakı-Astara magistral şossesinin 232 kilometrliyində yerləşir. Relyefinə və təbiətinə görə respublikanın səfalı və füsunkar guşələrindən biridir. Bir tərəfi qədim Talış dağları və meşələri ilə bir tərəfi Xəzər dənizi ilə əhatə olunmuşdur. Bütün bunlar Masallıda turizmin inkişafı üçün gözəl zəmin yaradır. Yüz illər bundan əvvəl ətraf və uzaq yerlərdən gələn insanlar müalicə məqsədi ilə Masallının yerin altından çıxan qaynar suyundan istifadə etmişlər.

MASALLI TƏBİƏTİ

Masallı (Bakıdan 232 km məsafədə). Rayon bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Talış dağları ilə əhatə olunub. Burada çox gözəl iqlim meşələrində kiçik göllər və şəlalələr, ən məşhuru İstisu bulağı olan çoxlu kükürdlü bulaqlar var.
Tarixi abidələri XVI-XIX əsrlərə aid məscidlər, Seyid Sadıq məqbərəsi, Ərkivan qalası ilə təmsil olunur.

 
Saat  
 
Clock Generator - bigoo.ws
 
Saygac  
   
Bugün 15 ziyaretçi (22 klik) Adam Burda olub
Dizayin Sefa Sadiqov
. .
Powered by IP2Location.com
Powered by IP2Location.com Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol